Son Xəbərlər
Böyük Britaniya Azərbaycanla səmərəli əməkdaşlığa hazırdır. Liderxeber.az
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Lənkəran rayon prokurorunun işinə xitam verilib. Bu barədə Liderxeber.az-a Baş
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda
Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb. Bu barədə
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "Ailə dəyərlərinin və
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin
banner

Azərbaycan Qran-prisi: "Formula-2" yarışına start verildi

13 sen 2024, 11:11
Azərbaycan Qran-prisi: "Formula-2" yarışına start verildi

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinə start verilib.

Liderxeber.az xəbər verir ki, sərbəst yürüş saat 11:00-da başlayıb.

Bu gün "Formula-1"də iki test yürüşü, "Formula-2"də isə sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Liderxeber.az-ın məlumatına görə, ilk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, "Formula-2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hamilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.

Azərbaycan Qran-prisində ilk günün proqramı

11:00. "Formula-2": Sərbəst yürüş

13:30. "Formula-1": Birinci sərbəst yürüş

15:00. "Formula-2": Sıralama turu

17:00. "Formula-1": İkinci sərbəst yürüş

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.