Son Xəbərlər
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu

Mariya Stadnik: İndi başqa bir tarix yazmağın vaxtıdır

07 avq 2024, 10:52
Mariya Stadnik: İndi başqa bir tarix yazmağın vaxtıdır

İndi başqa bir tarix yazmağın vaxtıdır.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi instaqram hesabında paylaşıb.

Təcrübəli idmançı karyerasını bitirə biləcəyinə işarə verib:

"Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.