Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Arda Turan cəzalandırıldı

24 apr 2026, 09:30
Arda Turan cəzalandırıldı

UEFA Konfrans Liqasında baş verən insidentlə bağlı Ukraynanın “Şaxtyor Donetsk” klubunu və komandanın məşqçisi Arda Turanı cəzalandırıb.

Liderxeber.az xəbər verir ki, insident “Şaxtyor Donetsk”in Niderlandın “AZ Alkmaar” komandası ilə keçirdiyi Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda qeydə alınıb.

Matç 3:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb.

Görüşün 5-ci dəqiqəsində “Şaxtyor”un futbolçusu İsake rəqib futbolçu ilə toqquşmadan sonra başından zədə alıb. Tibbi yardım göstərildikdən sonra oyuna davam edən futbolçu 24-cü dəqiqədə vəziyyətinin pisləşməsi səbəbindən meydanı tərk edib.

UEFA-nın qərarına əsasən, “Şaxtyor Donetsk” və Arda Turan “oyunçunun ciddi zədələnməsi zamanı beyin silkələnməsi protokoluna əməl edilməməsi” səbəbindən cərimələnib.

Klub 10 min avro, Arda Turan isə 20 min avro məbləğində cərimə ödəyəcək. Bundan əlavə, “Şaxtyor Donetsk” heyət üçün beyin silkələnməsi ilə bağlı xüsusi təlimlərin keçirilməsinə məcbur edilib.

UEFA həmçinin klubu “idman tədbirlərində qeyri-etik mesajlardan istifadə” ittihamı ilə əlavə 20 min avro cərimələyib.