Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Şahmatçımız AÇ-də liderliyə yüksəldi

17 apr 2026, 11:46
Şahmatçımız AÇ-də liderliyə yüksəldi

Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu tur sona çatıb. 

Liderxeber.az xəbər verir ki, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı şahmatçı Nicat Abasov liderliyə yüksəlib. Aydın Süleymanlı ispan David Giharro ilə ilə heç-heçə edib.

Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Giharro 9 turdan sonra 1-2-ci yerləri bölüşür. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir. 

Bu gün oynanılacaq 10-cu tur liderlərin dueliylə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər. 

Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb. 

Qeyd edək ki, Avropa çempionatında ilk 20-likdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.