Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Fatih Terim və Şenol Günəşə - Tarixi çağırış

01 apr 2026, 09:20
Fatih Terim və Şenol Günəşə - Tarixi çağırış

Türkiyə milli futbol komandasının Kosovonu 1:0 hesabı ilə məğlub edərək 24 ildən sonra Dünya Kubokuna vəsiqə qazandığı tarixi qarşılaşmadan sonra kapitan Hakan Çalhanoğlu diqqətçəkən açıqlamalar verib.

Liderxeber.az xəbər verir ki, qələbədən sonra çıxış edən təcrübəli yarımmüdafiəçi milli komandanın keçmiş baş məşqçiləri Fatih Terim və Şenol Günəşə xüsusi müraciət edib.

Kapitan matçdan əvvəl də 2002-ci ildə DÇ-də üçüncü yeri tutan əfsanəvi heyəti yad etdiyini və onların bu uğurun bir parçası olmasını istədiyini vurğulayıb.

Onun sözlərinə görə, bu çağırış yalnız keçmiş futbolçulara deyil, həm də milli komandanın tarixində mühüm rolu olan məşqçilərə ünvanlanıb.

“Sadəcə hisslərimi bölüşmək istədim. Təkcə oyunçular deyil, məşqçilərimiz də – Fatih Terim və Şenol Günəş. Onların gəlib bizi dəstəkləməsini istəyirəm. Onların təcrübəsi bizim üçün çox vacibdir. Ümid edirəm ki, aramızda olacaqlar”, - Çalhanoğlu qeyd edib.

O, çıxışından sonra DÇ vəsiqəni simvolizə edən biletlə mətbuat qarşısına çıxaraq bu tarixi anı əbədiləşdirib.