Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

U-17 millimizin son sınağı: Bu gün Malta ilə qarşılaşacaq

30 mar 2026, 10:45
U-17 millimizin son sınağı: Bu gün Malta ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti sınağına çıxacaq.

Liderxeber.az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq sonuncu matçında Malta seçməsi ilə qüvvəsini sınayacaq.

"Nikola Şterev - Starika İdman Kompleksi"ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, hazırda B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz hesabındakı 2 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, komandamız bundan əvvəlki görüşlərdə Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə sülhə razılaşıb.