Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

“Qarabağ”ın penaltisi niyə verilmədi? - Çempionluq yarışına ləkə salınır

26 mar 2026, 12:37
“Qarabağ”ın penaltisi niyə verilmədi? - Çempionluq yarışına ləkə salınır

Son günlərdə Azərbaycan Premyer Liqasında hakimlərlə bağlı qalmaqallar böyüməyə başlayıb. 

Liderxeber.az xəbər verir ki, bütün klublardan idarəçiliklə bağlı narazlıqlar bildirilir. Maraqlıdır ki, AFFA Hakimlər Komitəsi referilərin verdiyi yanlış qərarları müdafiə etməklə bir az da problemlərə yol açır. 

Elə ölkə çempionatının son turunda baş verənlər də diqqətdən kənar qalmadı. Əsas müzakirə mövzusu isə Premyer Liqanın 25-ci turunda keçirilən “Kəpəz” - “Qarabağ” matçında baş verən penalti epizodu idi. Belə ki, həmin oyunun 73-cü dəqiqəsində gəncəlilərin üzvü Şakir Seyidov rəqib futbolçu Kamilo Durana qarşı kobud oynadı. Epizod VAR-da müzakirə olunsa da, penalti təyin olunmadı.

VAR hakimi Rauf Cabbarov heç referi Əli Əliyevi monitora da çağırmadı. Son qərar belə oldu ki, “Kəpəz”in futbolçusu əvvəlcə top oynayır, sonra rəqibin ayağına zərbə endirir. 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da matçdan sonra epizoddan narazılıq etdi, həmin epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirdi. Sosial şəbəkələrdə də müzakirələr bu yöndə idi. Hər kəs epizodun penalti olduğuna birmənalı şəkildə dəstək verirdi.