Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Növbə İrana çatdı - CIA-dan çağırış

25 fev 2026, 09:09
Növbə İrana çatdı - CIA-dan çağırış

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi iranlılara casusluq təklif edib.

Liderxeber.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) fars dilində video yayımlayaraq, iranlılara agentliklə təhlükəsiz ünsiyyət və əməkdaşlıq üsullarını təqdim edib.

Videoda İdarə ilə əlaqə saxlamaq istəyənlərin bütün təhlükəsizlik tədbirlərini görməsi tövsiyə olunur.

Agentlik xəbərdarlıq edib ki, ofis kompüteri və ya şəxsi telefon əvəzinə yeni və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş cihazdan istifadə daha təhlükəsizdir. Həmçinin, ətrafdakıların ekran və onlayn fəaliyyətləri izləmə riski səbəbindən ehtiyatlı olmaq vacibdir.

CIA təhlükəsiz əlaqə metodlarından istifadə etməyi, məxfilik parametrlərini diqqətlə qurmağı və əlaqə təhlükəsizliyini artıran əlavə xüsusiyyətləri aktivləşdirməyi tövsiyə edib.

Qeyd edək ki, ötən ay Mərkəzi Kəşfiyyat İdarəsi Çin hərbi rəsmilərini də oxşar şəkildə əməkdaşlığa çağıraraq, təhlükəsiz kanallar vasitəsilə əlaqə saxlamağı tövsiyə etmişdi. Bu çağırış bütün dünyada müzakirələrə səbəb olmuşdu.