Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Qarabağ”ın oyunu təxirə salınacaq? - Açıqlama

05 fev 2026, 11:03
“Qarabağ”ın oyunu təxirə salınacaq? - Açıqlama

Bu gün Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq.

Liderxeber.az xəbər verir ki, matçın keçiriləcəyi Şamaxı Şəhər Stadionunun ot örtüyü qarla örtülüb. 

Gecədən yağan qar süni meydançanı tamamilə örtüb. Lakin hazırda stadionda təmizləmə işləri gedir. 

PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov saytımıza açıqlamasında bildirib ki, fors-major hal yaranmasa, matç nəzərdə tutulduğu vaxtda keçiriləcək: “Qar olanda oyunun keçirilməsi çətinləşir və bu, normaldır. Amma biz 3 tərəfli - AFFA, PFL və “Şamaxı” olaraq bütün mümkün tədbirləri görmüşük. AFFA ilə danışıqların nəticəsi olaraq Şamaxıya peşəkar qar təmizləyən traktor göndərilib, eyni zamanda PFL tərəfindən narıncı toplar təmin olunub. Əgər fors-major hal, yaratdığı fəsadların aradan qaldırılması tələb olunan vaxt çərçivəsində imkansız olan hadisələr baş verməsə, oyun planlaşdırılmış qaydada baş tutacaq. Bu gün səhər saatlarında artıq işlərə başlanılıb”.