Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Ronaldodan gözlənilməz qərar - Oyuna çıxmayacaq

02 fev 2026, 11:06
Ronaldodan gözlənilməz qərar - Oyuna çıxmayacaq

Dünya futbolunun ulduzu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”də ciddi narazılıq yaşanır.

Liderxeber.az Portuqaliyanın “A Bola” nəşrinə istinadən xəbər verir ki, komandanın kapitanı Ronaldo Səudiyyə Ərəbistanı Liqasının 20-ci turu çərçivəsində “Ər Riyad”la keçiriləcək oyunda iştirak etməyi planlaşdırmır.

Məlumata görə, futbolçu bu addımı klub rəhbərliyinə olan etimadsızlığı səbəbindən atıb.

Xəbərdə bildirilir ki, Ronaldo “Əl Nəsr”i idarə edən Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun fəaliyyətindən narazıdır. Onun fikrincə, eyni fondun nəzarətində olan digər klublarla müqayisədə  “Əl Nəsr”ə daha az diqqət və maliyyə dəstəyi ayrılır.

Əsas narazılıq transfer siyasəti ilə bağlıdır. Qış transfer pəncərəsində “Əl Nəsr” yalnız 21 yaşlı iraqlı yarımmüdafiəçi Heydər Əbdülkərimi heyətinə qatıb. Rəqib klublar isə ciddi transferlər həyata keçirib. Xüsusilə “Əl Hilal”ın “Fiorentina”dan Pablo Marini transfer etməsi və “Renn”in hücumçusu Kader Meite üçün 30 milyon avro ayırmağa hazırlaşması bu fərqi açıq şəkildə ortaya qoyur.

Klub daxilindəki idarəetmə problemləri də vəziyyəti daha da gərginləşdirib. Bildirilir ki, “Əl Nəsr”də çalışan portuqaliyalı rəhbərlər – idman direktoru Simao Koutinyo və icraçı direktor Joze Semedonun səlahiyyətləri bu ayın əvvəlində faktiki olaraq dayandırılıb. Bu isə Ronaldonun klub daxilindəki təsir gücünün azalması kimi qiymətləndirilir.

Qeyd edək ki, oxşar hal daha əvvəl də baş verib. Belə ki, keçən ilin yanvarında baş məşqçi Jorje Jezuş “Əl Nəsr”in “Əl Hilal” qədər siyasi gücə malik olmadığını demiş, bu açıqlama Səudiyyə futbol ictimaiyyətində böyük qalmaqala səbəb olmuşdu.

Xatırladaq ki, “Əl Nəsr” Səudiyyə liqasında 19 turdan sonra 43 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Əl Hilal”dan 3 xal az toplayan komanda liqanın ən çox qol atan komandasıdır-48 qol.