Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Avropa Liqasında əsas mərhələyə yekun vuruldu

30 yan 2026, 09:18
Avropa Liqasında əsas mərhələyə yekun vuruldu

UEFA Avropa Liqasının Liqa mərhələsində sonuncu - VIII turun oyunları baş tutub.

Liderxeber.az xəbər verir ki, VIII tura 18 qarşılaşma ilə yekun vurulub.

Maraqla gözlənilən qarşılaşmalardan biri Buxarestdə keçirilib. Burada yerli FCSB klubu “Fənərbaxça”nı qəbul edib. Görüşün birinci hissəsində İsmail Yüksek baş zərbəsi ilə İstanbul təmsilçisini hesabda önə çıxarıb. İkinci hissədə isə Yuri Çizotti hesaba tarazlıq gətirib. Görüş elə bu hesabla da yekunlaşıb - 1:1. “Fənərbaxça” mübarizəni pley-off mərhələsinə davam etdirəcək.

Afinada keçirilən “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) qarşılaşması da gərgin mübarizə ilə yadda qalıb. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Yunanlardan Visente Tabordanın qoluna “Roma”dan Yan Zyulkovski cavab verib. Matçda başqa qol olmayıb və oyun 1:1 hesabı ilə yekunlaşıb. “Roma” bu nəticə ilə birbaşa 1/8 final mərhələsinə adlayıb.

Digər qarşılaşmalar aşağıdakı nəticələrlə bitib:

“Aston Villa” (İngiltərə) – “Zaltsburq” (Avstriya) - 3:2;

“Bazel” (İsveçrə) – “Viktoriya Plzen” (Çexiya) - 0:1;

“Real Betis” (İspaniya) – “Feyenoord” (Niderland) - 2:1;

“Srvena Zvezda” (Serbiya) – “Selta Viqo” (İspaniya) - 1:1;

“Seltik” (Şotlandiya) – “Utrext” (Niderland) - 4:2;

“Portu” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) - 3:1;

“Qou Ehed İqlz” (Niderland) – “Braqa” (Portuqaliya) - 0:0;

“Genk” (Belçika) – “Malmö” (İsveç) - 2:1;

“Lill” (Fransa) – “Frayburq” (Almaniya) - 1:0;

“Ludoqorets” (Bolqarıstan) – “Nitsa” (Fransa) - 1:0;

“Lion” (Fransa) - PAOK (Yunanıstan) - 4:2;

“Makkabi” (Təl-Əviv, İsrail) – “Bolonya” (İtaliya) - 0:3;

“Midtyulland” (Danimarka) – “Dinamo Zaqreb” (Xorvatiya) - 2:0;

“Nottingem Forest” (İngiltərə) – “Ferentsvaroş” (Macarıstan) - 4:0;

“Şturm” (Avstriya) – “Brann” (Norveç) - 1:0;

“Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) - 3:2.