Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Tottenhem”in futbolçuları “Ferrari” ilə qəzaya düşdü - Fotolar

28 yan 2026, 11:50
“Tottenhem”in futbolçuları “Ferrari” ilə qəzaya düşdü - Fotolar

“Tottenhem”in futbolçuları Randa Kolo Muani və Vilson Odober qəza keçirib

Liderxeber.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Tomas Frank Çempionlar Liqasının qrup mərhələsinin son turunda Frankfurt “Ayntraxt”ı ilə keçiriləcək oyundan öncə mətbuat konfransında açıqlayıb. 

Çalışdırıcı bildirib ki, hadisə yanvarın 27-si futbolçuların oyun üçün Almaniyaya səfəri zamanı baş verib: “Hadisəyə səbəb təkərin partlaması olub. Bir qədər gecikmə oldu. Qəzada olan oyunçuların hər birinin vəziyyəti yaxşıdır”. 

Sosial şəbəkələrdə isə yazılanlara görə, Randa Kolo Muaninin “Ferrari”si zədələnib. Bu hadisə zamanı öz avtomobili ilə hərəkət edən digər futbolçu Vilson Odober komanda yoldaşına kömək etmək üçün dayanıb.

Qeyd edək ki, bu gün saat 00:00-da “Tottenhem” Çempionlar Liqasının qrup mərhələsinin son turunda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.