Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Qarabağ”la oyunöncəsi “Liverpul”da ciddi itkilər

26 yan 2026, 10:41
“Qarabağ”la oyunöncəsi “Liverpul”da ciddi itkilər

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Liverpul”un heyətində ciddi itkilər var.

Liderxeber.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu mövsüm işləri yolunda getməyən Mersisayd təmsilçisi heyət baxımından da problemlərlə üzləşib.

İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”a məğlub olan Arne Slotun kollektivi bu azmış kimi, daha bir oyunçusunu itirib. Belə ki, müdafiəçi Co Qomes 34-cü dəqiqədə zədələnərək əvəzlənib. Onunla yanaşı, müdafiəçilər İbrahima Konate, Konor Bredli, həmçinin hücumçular Aleksander İsak və Federiko Kyeza da zədədən əziyyət çəkirlər və onların da “Qarabağ”la matçı buraxması gözlənilir.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də “Enfild Roud”da keçiriləcək.