Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Liverpulda futbolçulardan bunu tələb edəcəyəm”

22 yan 2026, 08:47
“Liverpulda futbolçulardan bunu tələb edəcəyəm”

“Liverpula inamlı gedəcəyik. Heç bir komandaya o stadionda oynamaq asan deyil”.

Liderxeber.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” - “Ayntraxt” (3:2) matçından sonra jurnalistlərə açıqlamasında deyib.

“İngiltərənin ən çılğın azarkeşləri olan klubudur. Həmin oyunda futbolçularımdan çəkinmədən oynamağı istəyəcəyəm. Böyük futbol dedikdə, elə bir nömrəli stadionlardan biri “Enfild Roud”dur. Ən davakar azarkeşləri ilə seçilib, Avropanın bütün şəhərlərində bir problem yaradıblar.

Belə stadionda oynamaq futbolçularıma böyük ləzzət verməlidir. Futbolçulardan bunu tələb edəcəyəm ki, minimum bugünkü oyunu qoruyub saxlasınlar. Xeyirlisi, Allah köməyimiz olsun. Azarkeşlərimizin də bu oyundan həzz almasını istəyərdim”, - o qeyd edib.