Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

AKAF iclas keçirdi - Yeni qərarlar qəbul edildi

14 yan 2026, 12:00
AKAF iclas keçirdi - Yeni qərarlar qəbul edildi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları üzrə hesabat xarakterli iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını və ötən il ərzində federasiya tərəfindən həyata keçirilmiş layihələrin, qazanılmış nəticələrin hesabatını təqdim edib.

Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirəyə çıxarılaraq bir sıra qərarlar qəbul olunub.

Belə ki, Federasiyanın Hakimlər Kollegiyası yaradılıb və İlqar Tağıyev kollegiyaya sədr seçilib.

Bundan başqa, Aleksandr Jukovskinin kanoe üzrə yığma komandaya baş məşqçi vəzifəsinə təyin edilməsi təsdiqlənib.

Həmçinin akademik avarçəkmə üzrə yığma komandanın baş məşqçisi Volodimir Morozovun növbəti Olimpiya dövrü üçün fəaliyyətinin davam etdirilməsinə qərar verilib.

Daha sonra federasiyaya yeni üzvlər seçilib.