Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi

12 yan 2026, 10:54
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi

Arpaçay İdman Birliyinin geniş tərkibdə iclası keçirilib. İclasda Arpaçay İdman Birliyinin rəhbərliyi, İdarə Heyətinin üzvləri, Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələri və media təmsilçiləri iştirak ediblər. 
 
LiderXeber.az xəbər verir ki, Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov tədbirdə giriş nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və iclası açıq elan edib. Daha sonra Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Birliyin ötənilki fəaliyyəti və  yeniliklərlə bağlı iclas iştirakçılarına məlumat verib. Y.Huseynovun sözlərinə görə, Azərbaycan Kung- Fu Federasiyasının rəhbərliyi ilə Arpaçay İdman Birliyi arasında əməkdaşlıq barədə  razılıq əldə edilib. Eyni zamanda 17 dekabr 2025-ci il tarixində Arpaçay İdman Birliyinin tərkibində  "Combat" Peşəkar Döyüş Liqasının yaradılması barədə məlumat verən Y.Huseynov deyib ki, Arpaçay İdman Birliyinin İdarə Heyətinin qərarına əsasən, Ruslan Məmmədov Liqanın prezidenti, Elçin Kazımov isə birinci vitse-prezidenti seçiliblər. Y. Hüseynov daha bir məlumatı da diqqətə çatdırıb ki , ilk dəfə olaraq Azərbaycanda 2026-cı ilin aprel ayında   "Combat" Peşəkar Döyüş Liqasının birinci çempionatı keçiriləcək. 
                           
Daha sonra "Combat" Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman siyasətinə dəstək göstərməyə və töhfə verməyə həmişə hazır olduğunu dilə gətirib.
 
Tədbirdə Kung-Fu Federasiyası rəhbərliyindən prezident Nurlan Aslanov, birinci vitse-prezident Babək Əliyev, ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov, federasiyanın hakimlər kollegiyasının sədri Güloğlan Cabbarlı da çıxış edərək mövcud əməkdaşlığın idman ictimaiyyəti üçün uğurlu olacağını diqqətə çatdırıblar.             
 
Tədbirdə Milli Məclisin  İdman Komitəsinin üzvü Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev, sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı Hacı Əliyev, MMA və Grampplinq Federasiyasının prezidenti Azad Əsgərov, Zeyd Döyüş Mərkəzinin prezidenti Emin Əliyev çıxış edərək Arpaçay İdman Birliyinin fəaliyyətini yüksək dəyərləndirib, uğurlar arzulayıb və dəstəklərini dilə gətiriblər.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1