Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İranlı güləşçi Azərbaycan yığmasında çıxış üçün 22 min dollar alacaq

29 dek 2025, 16:52
İranlı güləşçi Azərbaycan yığmasında çıxış üçün  22 min dollar alacaq

Azərbaycan millisini seçən əslən iranlı sərbəst güləşçi Amir Reza Masumi aylıq 22 min dollar qazanacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. 

Əvvəlcə Ermənistan yığmasında çıxış etmək istəyən idmançı daha sonra Azərbaycan Güləş Federasiyasından təklif alıb. 

O, xüsusi müqavilə hazırlayaraq ölkəmizə gəlib və həmin sözləşmənin detallarını federasiya ilə müzakirə edib. Amir Reza Masumi Azərbaycan yığmasında çıxış etmək üçün 22 min dollar istəyib və müsbət cavab alıb. 

Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev “Qafqazinfo”ya açıqlamasında məsələ ilə bağlı bunları deyib: “Əmirrezanın milli komandamıza cəlb olunması təkcə ölkə daxilində deyil, dünya güləş ictimaiyyətinin də diqqət mərkəzindədir. Son günlər sosial şəbəkələrdə onun Azərbaycanda alacağı məvaciblə bağlı müxtəlif mülahizələr səsləndirilir. Qeyd etmək istərdim ki, Əmirreza ilə imzalanan müqavilənin maliyyə şərtləri Azərbaycan milli komandasının əməkhaqqı siyasətinə tam uyğundur”.

Qeyd edək ki, Amir Reza Masumi 2027-ci ildən beynəlxalq arenada Azərbaycanı təmsil edəcək.