Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Türkiyədə futbolçuya silahlı hücum - Vəziyyəti ağırdır

19 dek 2025, 09:13
Türkiyədə futbolçuya silahlı hücum - Vəziyyəti ağırdır

Türkiyədə Kocaelinin İzmit rayonunda baş verən silahlı hücum nəticəsində üç nəfər yaralanıb.

Liderxeber.az xəbər verir ki, yaralananlardan biri də peşəkar futbolçu Uğurcan Bekçidir.

Hadisə iki qrup arasında borc mübahisəsi zəminində baş verib. U.Bekçinin qasıq nahiyəsindən yaralandığı və ciddi qan itirdiyi deyilir.

Qeyd edilib ki, xəstəxanaya çatdırılan futbolçunun ürəyi iki dəfə dayanıb. Onun müalicəsi hazırda reanimasiyada davam etdirilir.

Digər iki yaralının vəziyyəti stabildir.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, U.Bekçi Kocaelidə “Kocaelispor” başda olmaqla, “Kağıtspor”, “Körfez”, “Kocaeli Güneşspor” və “Belediye Derincespor” komandalarının formasını geyinmiş cinah oyunçusudur.