Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Bu gün DÇ-2026-nın püşkatması keçiriləcək

05 dek 2025, 10:52
Bu gün DÇ-2026-nın püşkatması keçiriləcək

Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılacaq.

Liderxeber.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Püşkatmadan əvvəl ölkələr dörd qrupa bölünüblər. İlk üç səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kürasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək altı komanda yer alacaq.

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya;

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya;

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot-d`İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası;

4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kürasao, Haiti, Yeni Zelandiya, pley-off mərhələsinin altı qalibi.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də püşkatma mərasimində iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun - 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.