Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Zirə” “Neftçi”yə qarşı

02 dek 2025, 10:01
“Zirə” “Neftçi”yə qarşı

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

Liderxeber.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək. 

I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkəcək. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından bu matç Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Cütün aşkar favoriti Tovuz klubudur.

Günün digər matçı isə Zirədə baş tutacaq. Bu mərhələnin ən prinsipial qarşıdurmasında “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. 

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq. 

Azərbaycan kuboku

1/8 final

2 dekabr

15:00. “Şahdağ Qusar” - “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
“SOCAR Polymer Arena”

19:00. “Zirə” - “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu.