Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"Böyük Dəbilqə" turnirində Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlandı

25 noy 2025, 14:55
"Böyük Dəbilqə" turnirində Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlandı

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə "Böyük Dəbilqə" turniri keçiriləcək.

Liderxeber.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında beş çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının "A" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Millimizin heyəti isə aşağıdakı kimidir:

-60 kq

Əhməd Yusifov

Balabəy Ağayev

-66 kq

Ruslan Paşayev

Rəşad Yelkiyev

-73 kq

Rəşid Məmmədəliyev

Hidayət Heydərov

-90 kq

Murad Fətiyev

Aslan Kotsoyev

+100 kq

Camal Qamzatxanov

Uşanqi Kokauri