Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Taekvondoçularımız Avropa birinciliyində 5 medal qazanıblar

22 noy 2025, 09:17
Taekvondoçularımız Avropa birinciliyində 5 medal qazanıblar

İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən qitə birinciliyinin üçüncü günündə milli komandamızın üzvü Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Liderxeber.az Azərbaycan Taekvondo Federasiyasına istinadən bildirir ki, digər təmsilçimiz Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib.

Bununla da taekvondoçularımızın Avropa birinciliyində qazandığı ümumi medal sayı 5-ə (2 qızıl, 1 gümüş, 2 bürünc) çatıb: İlyas Hətəmli (48 kq) - qızıl medal, Elcan Əliyev (78 kq) - qızıl medal, Vasif Səlimov (68 kq) - gümüş medal, Mehdi Budaqlı (45 kq) - bürünc medal, Novruz Əliyev (51 kq) - bürünc medal.

Azərbaycan komandası ümumi hesabda oğlanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Yarışda çempion adını qazanan milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) yarışın ən yaxşı idmançısı, beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva yarışın ən yaxşı qadın hakimi seçilib.