Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

VI İslam Həmrəyliyi Oyunları: Təmsilçilərimiz dörd növdə mübarizə aparacaqlar

19 noy 2025, 10:05
VI İslam Həmrəyliyi Oyunları: Təmsilçilərimiz dörd növdə mübarizə aparacaqlar

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bu gün dörd növdə mübarizə aparacaqlar.

Liderxeber.az xəbər verir ki, 3x3 basketbol üzrə Azərbaycan millisi yarımfinalda Misirlə üz-üzə gələcək.

Atletlərdən Əlhəm Nağıyev 200 metr, Azərbaycan yığması isə 4x100 metr məsafəyə qaçışda çıxış edəcək.

Qılıncoynadanlardan Maqsud Hüseynli və Saleh Məmmədov sablya növündə uğur qazanmağa çalışacaqlar.

Yunan-Roma güləşçilərindən Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq), qadın güləşçilərdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan 46 mükafatla (5 qızıl, 15 gümüş, 26 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.