Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

VI İslam Həmrəyliyi Oyunları: Həsrət Cəfərov finala vəsiqə qazandı

18 noy 2025, 14:26
VI İslam Həmrəyliyi Oyunları: Həsrət Cəfərov finala vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

Liderxeber.az xəbər verir ki, 1/8 finalda əfqanıstanlı rəqibi Məhəmməd Zadanı 9:0 hesabı ilə məğlub edən idmançımız 1/4 finalda qırğızıstanlı Razzak Beişekeyevi 5:3 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gələn Həsrət Cəfərov finala vəsiqə qazanıb.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 0:3 hesabı ilə uduzub. Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə 0:9 hesabı ilə yenilib. Rəqibi finala vəsiqə qazandığı üçün Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.

İslam Abbasov (87 kq) isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.