Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

VI İslam Həmrəyliyi Oyunları: Güləşçilərimiz mübarizəyə başlayırlar

18 noy 2025, 10:26
VI İslam Həmrəyliyi Oyunları: Güləşçilərimiz mübarizəyə başlayırlar

Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayacaqlar.

Liderxeber.az xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq) 1/8 finalda, İslam Abbasov isə (87 kq) 1/4 finalda xalça üzərinə çıxacaqlar.

3x3 basketbol üzrə Azərbaycan millisi isə qrup mərhələsindəki üçüncü matçında Kot-d'İvuar seçməsi ilə üz-üzə gələcək.

Paraatlet Samir Nəbiyev (F57) disk atmada, atletlərdən Nazim Babayevlə Rüstəm Məmmədov üç təkanla tullanmada, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda, İsmayıl Əliyev isə nüvə atmada uğur qazanmağa çalışacaqlar.

Qılıncoynatmanın şpaqa növündə Aynur Quliyeva və Nəzrin Mehdiyeva mübarizə aparacaqlar.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması 45 mükafatla (5 qızıl, 14 gümüş, 26 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb. Yarışlar noyabrın 21-də başa çatacaq.