Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"Formula-1" pilotları saxta izləyicilər sayəsində böyük pullar qazanırlar

17 noy 2025, 09:11
"Formula-1" pilotları saxta izləyicilər sayəsində böyük pullar qazanırlar

"Formula-1"in ən yaxşı pilotları gəlirlərinin əhəmiyyətli bir hissəsini sosial media platformalarındakı reklam paylaşımlarından əldə edirlər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Racing News 365" məlumat yayıb.

Məlumata görə, bu reklamların auditoriyası çox vaxt saxta izləyicilər hesabına təmin olunur.

Məsələn, 41.7 milyon izləyicisi olan yeddiqat dünya çempionu Lyuis Hemilton hər sponsorlu paylaşım üçün 100 302 funt sterlinq qazanır. Lakin onun auditoriyasının 28%-ni 11.6 milyon bot hesabı təşkil edir. Beləliklə də, bu gəlirin 27 924 funt sterlinq dəyərindəki hissəsini pilot saxta izləyicilər hesabına əldə edir.

Onun komanda yoldaşı Şarl Lekler 3.37 milyon saxta hesablar (15.93%) sayəsində hər paylaşım üçün əlavə 8 143 funt sterlinq gəlir əldə edir.

"Red Bull" pilotu Maks Ferstappenin bot auditoriyası 18.63% təşkil edir və ona əlavə 7 502 funt sterlinq qazandırır.

"Aston Martin" pilotu Fernando Alonso isə saxta izləyicilərin faizinə görə liderlik edir. Onun auditoriyasının 34.55%-i botlardır.