Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə mübarizə aparacaqlar

10 noy 2025, 09:27
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.

Liderxeber.az xəbər verir ki, üzgüçülərdən Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitski, Ramil Vəlizadə, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı və 2 qız, 2 oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaq.

Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinalda Misir seçməsi ilə üz-üzə gələcək. Cüdo yığması isə 1/4 finalda Səudiyyə Ərəbistanı ilə münasibətlərə aydınlıq gətirəcək.

Ağırlıqqaldıran Ravin Alməmmədov (79 kq) yarışa qrup mərhələsində start verəcək.

Dörd boksçumuz isə bu gün final görüşünə çıxacaq. Nərgiz Zeynalova (54 kq) Ayşen Taşkinlə (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq), Sultan Osmanlı ilə (Türkiyə), Aynur Mikayılova (57 kq) Xumorabonu Mamajonova ilə (Özbəkistan), Məhəmmədəli Qasımzadə (60 kq) Madiyar Daniyarovla (Özbəkistan) döyüşəcək.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 17 mükafat (2 qızıl, 3 gümüş, 12 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı sıradadır.