Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

AFFA "Kəpəz" və "Neftçi"ni cərimələyib

30 okt 2025, 14:04
AFFA "Kəpəz" və "Neftçi"ni cərimələyib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsi "Kəpəz" Futbol klubunu və "Neftçi" Futbol Klubunu cərimələyib.

Liderxeber.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

"Kəpəz" klubu "İmişli" ilə oyunda azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün 6000 manat cərimələnib.

Həmin matçda klub azarkeşlərinin pirotexniki vasitədən istifadə etdiyinə görə daha 3000 manat cərimə edilib. Həmçinin "Kəpəz" klubu görüşün 25-ci dəqiqəsində qapıçısı Məmməd Hüseynovun xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün isə 1000 manat cərimələnib. 26 yaşlı futbolçu isə 4 oyunluq diskvalifikasiya edilib.

"Neftçi" klubu isə səfərdə "Qəbələ" ilə oyundan sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat məbləğində cərimə edilib.