Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İkardi "Qalatasaray"dan ayrıla bilər: Klub futbolçuya yeni müqavilə təklif etməyib

29 okt 2025, 17:38
İkardi "Qalatasaray"dan ayrıla bilər: Klub futbolçuya yeni müqavilə təklif etməyib

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.

Liderxeber.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı forvardın agenti Pino futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi ilə bağlı təəccüblü açıqlama verib.

Futbolçunun meneceri "Qalatasaray" rəhbərliyindən hələ də müqavilənin uzadılması ilə bağlı təklif almadıqlarını bildirib.

Onun sözlərinə görə, İkardiyə Avropanın bir neçə tanınmış klublarından ciddi təkliflər gəlib. "Dekabr ayına qədər gözləyəcəyik, daha sonra başqa qərarlar verməkdə özümüzü sərbəst hiss edəcəyik".

"Qalatasaray" İkardi ilə yeni müqavilə bağlamasa, argentinalı ulduz yanvar ayından istədiyi klubla ilkin anlaşmaya imza atmaq statusuna sahib olacaq. Bu səbəbdən "sarı-qırmızılar"ın yaxın vaxtlarda futbolçu ilə yeni müqavilə bağlayacağı da istisna edilmir.