Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər

16 okt 2025, 17:47
Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər

Oktyabrın 20-dən 27-dək Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı keçirilicək.

Liderxeber.az xəbər verir ki, ilin son dünya çempionatında iştirak edəcək heyət artıq müəyyənləşib.

Dünya çempionatına yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Ziya Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdanov (130 kq) mundialda iştirak edəcək.

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Heyətdə Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Nərgiz Səmədova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədova (65 kq) yer alıb.

Yarışın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Muhəmmədəli Əlizadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ayxan Abdullazadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Fərid Cabbarov (79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) uğur qazanmağa çalışacaq.

Oktyabrın 20-dən 27-dək baş tutacaq görüşlər hər gün saat 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə saat 20:00-da start götürəcək.

Dünya çempionatında I-S kateqoriyalı hakim Asif Şirəliyev, eləcə də I kateqoriyalı referilər Kamran Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.