Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Tənqidlərə bu açıqlama ilə cavab verdi

15 okt 2025, 16:56
Tənqidlərə bu açıqlama ilə cavab verdi

Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Eyubov feysbuk hesabında açıqlama yayıb.

Liderxeber.az xəbər verir ki, komandaya yeni gələn çalışdırıcı Avropa çempionatının seçmə mərhələsində Çexiyaya 0:5 hesablı məğlubiyyət və Şotlandiya ilə 3:3-lük heç-heçədən sonra ona yönələn tənqidlərə cavab verib: “İki fərqli, amma eyni dərəcədə çətin oyun, Çexiyaya məğlubiyyət və Şotlandiya ilə heç-heçə... Bu oyunları komandanın inkişaf mərhələsi kimi qəbul edirik. Səhvlər və çətinliklər futbolda təbiidir və əsas odur ki, hər addım bizi irəli aparsın. Milli komandaya diqqətin çox olması normaldır və bu məni qorxutmur.

Əksinə, məni daha güclü olmağa vadar edir. Mən futbolda ilk günümü keçirmirəm. Akademiyadan peşəkar səviyyəyə qədər yolu keçmişəm və yaxşı bilirəm ki, inkişaf üçün zaman, intizam və səbir lazımdır. Bu günlərdəki peşəkarlığa, enerjiyə və səmimi əməyə görə məşqçi heyətinə, federasiyaya və futbolçularımıza təşəkkür edirəm. Bu sadəcə başlanğıcdır və biz hara getdiyimizi bilirik”.

Qeyd edək ki, Rəşad Eyubov təkcə millinin “sükanı arxası”ndakı nəticələrə görə yox, həm də Şotlandiya ilə 3:3 heç-heçə etdiyimiz oyundan sonra açıqlaması ilə tənqidlərə tuş gəlmişdi. Onun “biz Şotlandiyaya 3 qol vurdu, bunu nə Çexiya, nə də Portuqaliya bacarmışdı” açıqlaması etirazla qarşılanıb. Çünki Şotlandiya meydanda 9 nəfərlə mübarizə aparsa da, komandamız rəqibini üstüələyə bilməyib.