Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazandı

15 okt 2025, 10:17
Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazandı

Gürcüstanın Batumi şəhərində təşkil edilən şahmat üzrə komandalar arasında Avropa çempionatında son turun partiyaları oynanılıb.

Liderxeber.az xəbər verir ki, 9-cu turda qitə birinciliyinin liderlərindən olan kişi şahmatçılardan ibarət Azərbaycan millisi çempionatda ilk dəfə məğlubiyyət acısı yaşayıb.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət milli Serbiyaya məğlub olub 1-3. Hesabat turunda Ukrayna komandası İngiltərəni üstələyib 2.5-1.5.

Yekunda hesabında 15 xalı olan Ukrayna komandası Avropa çempionatının qalibi olub. 13 xal toplayan Azərbaycan komandası yarışı ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülüb. Serbiya şahmatçıları bürünc medalla kifayətlənib.

Qadınlardan ibarət Azərbaycan komandası isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Hesabında 10 xalı olan xanım şahmatçılarımız Avropa çempionatını 10-cu pillədə başa vurub.