Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Millimiz 30 il sonra Fransa ilə üz-üzə...

10 okt 2025, 10:00
Millimiz 30 il sonra Fransa ilə üz-üzə...

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.

Liderxeber.az xəbər verir ki, Ayxan Abbasovun komandası Fransanın qonağı olacaq.

Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, hazırda D qrupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür.

Bu qrupun digər oyununda isə İslandiya Ukraynanı qəbul edəcək.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Daha əvvəl komandalar Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar. 1994-cü ildə Türkiyənin Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada Azərbaycan millisi 0:2 hesabı ilə uduzub. 1995-ci ildə Fransanın Oser şəhərində baş tutan ikinci oyunda isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan 

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

22:45. İslandiya – Ukrayna