Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Rəqibin komandasında “Qarabağ”ın 7 futbolçusu var”

09 okt 2025, 15:27
“Rəqibin komandasında “Qarabağ”ın 7 futbolçusu var”

“Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Bu da var ki, rəqibin heyətində Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb”.

Liderxeber.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.

O bildirib ki, rəqiblərinə hörmət edirlər: “Meydana 100 faiz qələbə qazanacağıq düşüncəsi ilə çıxmamalıyıq. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdir. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar.

Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər”.

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.