Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İki boksçumuz Avropa çempionatının 1/8 finalında

01 okt 2025, 13:27
İki boksçumuz Avropa çempionatının 1/8 finalında

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

Liderxeber.az xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub.

70 kq-da Rza Rzayev Qleb Herdtlə (İsrail) qarşılaşıb. Boksçu 1/16 final çərçivəsində rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşdə ilk mərhələdən azad olan Akaki Basariya (Gürcüstan) ilə üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda Gerasimos Tzavarosdan (Yunanıstan) güclü olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçini (Albaniya) sınağa çəkəcək.

Hər iki boksçumuz 1/8 final döyüşünə oktyabrın 2-də çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.