Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

III MDB Oyunları: Bu gün səkkiz idman növü üzrə yarışlar baş tutacaq

29 sen 2025, 10:00
III MDB Oyunları: Bu gün səkkiz idman növü üzrə yarışlar baş tutacaq

III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar baş tutacaq.

Liderxeber.az xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis yarışlarının həlledici görüşləri keçiriləcək.

Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti yarışlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.

Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.

Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Həmçinin eyni məkanda voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Belarus və Qırğızıstan yığmaları qarşılaşacaq.

Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışların qalibləri müəyyənləşəcək.

Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışlarına start veriləcək.