Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri GÜMÜŞ MEDAL qazandılar

27 sen 2025, 11:32
III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri GÜMÜŞ MEDAL qazandılar

III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri gümüş medal qazanıblar.

Liderxeber.az xəbər verir ki, hər iki komanda Rusiya millisinə uduzublar.

Həm oğlanlardan, həm də qızlardan ibarət komadalar rəqiblərinə 0:2 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarında final qarşılaşmaları baş tutacaq.

Liderxeber.az yarışın mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, ötən gün həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşib. Yarımfinal görüşlərinin nəticələrinə əsasən, hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar.

27 sentyabr, 10:00

Stolüstü tennis (kişilər), final:

Azərbaycan - Rusiya;

Stolüstü tennis (qadınlar), final:

Azərbaycan - Rusiya.

Bundan başqa, bu gün stolüstü tennisdə fərdi yarışlar başlayır.

Maraqla gözlənilən digər idman növü - futbolda ilk oyunlar da bu gün başlayacaq. Qəbələ şəhər stadionunda A qrupunda yer alan Azərbaycan və Tacikistan və B qrupunda qərarlaşan Belarus və Rusiya yığmaları qarşılaşacaqlar.

27 sentyabr, 12:00

A qrupu

Tacikistan - Azərbaycan

14:00

B qrupu

Belarus - Rusiya.