Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0

15 sen 2025, 16:36
Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0

Futbol üzrə Azərbaycan II Liqasında "Sheki City" son 10 mövsümün rekorduna imza atıb.

Liderxeber.az xəbər verir ki, çempionatın 2-ci turunda "Araz Saatlı"nın qonağı olan Şəki təmsilçisi meydan sahiblərinin qapısından 12 cavabsız top keçirib.

Ölkəmiqyaslı yarışlarda bir komandanın 12 qol vurması və 12 top fərqi ilə qalib gəlməsi son 10 mövsümdə ilk dəfə yaşanıb. Sonuncu belə matç 2015/16 mövsümündə baş tutub. 2015-ci il sentyabrın 11-də "Energetik"in qonağı olan "Neftçala" səfərdə 12:0 hesablı qələbə qazanıb.

"Sheki City" çempionat və kubokun PFL bayrağı altında keçirildiyi dövrdə ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran "Neftçala"nın bu rekordlarını təkrarlayıb. 2008/09 mövsümündən başlayan dövrdə 12 və ya daha çox top vuran və belə fərqlə qalib gələn başqa komanda olmayıb.

Saatlıdakı qarşılaşma həm də II Liqanın XXI əsrdə keçirilən oyunları üçün mütləq rekorddur. Uzun fasilədən sonra bərpa olunan və ardıcıl 3-cü dəfə keçirilən II Liqada bunadək ən böyük hesab 10:0 olub. 2024/25 mövsümündə "Araz Saatlı"nın qonağı olan "Şəfa" meydan sahiblərinin qapısından 10 cavabsız top keçirib.