Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Millimizin futbolçuları heç-heçəyə görə mükafat aldılar

11 sen 2025, 15:30
Millimizin futbolçuları heç-heçəyə görə mükafat aldılar

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matça görə mükafat alıb.

Liderxeber.az xəbər verir ki, bunu "Qafqazinfo"ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlayıb.

O bildirib ki, komanda 1 xal qazandığı matça görə mükafat alıb: "Amma rəqəmi açıqlaya bilmərik".

Qeyd edək ki, sosial şəbəkələrdə və mediada milli komandanın Ukrayna ilə 1:1-lik heç-heçə etdiyi matça görə mükafatlar aldığı barədə məlumatlar yayılıb. Bu məlumatlarda AFFA-nın hər futbolçuya 10-25 min manat arası mükafat verildiyi yazılıb.

AFFA rəsmisi isə bu xəbərlərə münasibət bildirməyib.

AFFA rəhbərliyi millimizin dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna ilə heç-heçə (1:1) etməsinə biganə qalmayıb.

Liderxeber.az İdmanxeber.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları bu nəticə üçün pul mükafatı alacaqlar. Rəhbərlik bu matçda meydana əsas heyətdə çıxan oyunçuların hər birinə 25 min manat mükafat ayırıb.

Qarşılaşmaya sonradan daxil olan futbolçular bu məbləğin 75 faizini (18 750 manat), görüşü ehtiyatdan izləyənlər isə 50 faizini (12 500 manat) alacaqlar.