Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

2025-ci il "Qızıl Top" mükafatı üçün səsvermə yekunlaşıb

04 sen 2025, 16:31
2025-ci il "Qızıl Top" mükafatı üçün səsvermə yekunlaşıb

Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı sayılan "Qızıl Top" üçün 2025-ci il üzrə səsvermə rəsmi olaraq başa çatıb.

Liderxeber.az xəbər verir ki, səsvermə FIFA-nın reytinq cədvəlində ilk 100 yeri tutan ölkələrin təmsilçiləri olan jurnalistlər arasında keçirilib.

Onlar 30 namizəd arasından öz seçimlərini edərək xal sisteminə əsasən sıralama təqdim ediblər.

Mükafatın qalibi 2025-ci il sentyabrın 22-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq rəsmi mərasimdə elan ediləcək.

Hazırda nəticələr gizli saxlanılır, lakin beynəlxalq idman mediası və ekspertlər 2025-ci ilin əsas favoritləri kimi Osman Dembele (PSJ) və Lamin Yamalı ("Barselona") göstərirlər.

Xatırladaq ki, Dembele bu mövsüm Çempionlar Liqasının qalibi olmuş PSJ-nin aparıcı oyunçularından biri kimi çıxış edib.

Gənc istedad Yamal isə La Liqada parlaq performansı və məhsuldar ötürmələri ilə yadda qalıb.

Qeyd edək ki, "Qızıl Top" mükafatı Fransanın "France Football" nəşri tərəfindən təsis olunub və hər il dünyanın ən yaxşı futbolçusuna təqdim olunur.