Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşdi

02 sen 2025, 12:41
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşdi

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, bu barədəBoks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycanın kişi boksçulardan ibarət komandası tam heyətlə çıxış edəcək.

Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) rinqə çıxacaq.

Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, "World Boxing"in təşkilatçılığı ilə keçiriləcək ilk dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Ayın 4-də başlayacaq yarışda 60-dan çox ölkədən 500-dək boksçunun iştirakı gözlənilir.