Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"Formula-1" əfsanəsi və Hollivud ulduzu veqan fastfuda görə 20 milyon dollar itirdilər

12 avq 2025, 17:41
"Formula-1" əfsanəsi və Hollivud ulduzu veqan fastfuda görə 20 milyon dollar itirdilər

"Formula-1" pilotu Lyuis Hemilton və Hollivud ulduzu Leonardo Di Kaprio investisiya etdikləri veqan fastfud şəbəkəsində 20 milyon dollar zərərə uğrayıblar.

Liderxeber.az xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı Böyük Britaniya Reyestr Palatasının sənədlərinə istinadən məlumat yayıb.

Uğursuz layihə "Neat Burger" adlanırdı və Londonda, Milanda, həmçinin Nyu-Yorkda fəaliyyət göstərirdi.

Lakin biznes gözlənilən nəticəni vermədi: 2021-ci ildə şirkətin zərəri 4.3 milyon dollar, 2022-ci ildə isə 10.6 milyon dollar olub. Nəticədə "Neat Burger" iflasını elan edərək bağlanıb.

Qeyd edək ki, bu il əfsanəvi "Ferrari" komandasına qoşulan 40 yaşlı Hemilton təkcə idman uğurları ilə deyil, həm də ekoloji problemlər və heyvanların mühafizəsi ilə bağlı fəal mövqeyi ilə tanınır. Sürücü özü 2017-ci ildə veqan pəhrizinə keçib və bitki əsaslı qidalanmanın faydalarından dəfələrlə danışıb.