Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq

12 avq 2025, 12:19
“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ – Şkendiya” ( Şimali Makedoniya) matçı keçiriləcək. Qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.

Liderxeber.az xəbər verir ki, saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Bundan əlavə, illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozonanın yaradılacaq və qonaqlara çay ikram ediləcək.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.