Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Futbol azarkeşlərinin DİQQƏTİNƏ: Qaydalar dəyişdirildi

31 iyl 2025, 14:25
Futbol azarkeşlərinin DİQQƏTİNƏ: Qaydalar dəyişdirildi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən qəbul edilmiş son dəyişikliklərə əsasən, bir sıra qaydalara yeni əlavələr və düzəlişlər edilib.

Liderxeber.az xəbər verir ki, bu dəyişikliklər həm oyunçuların davranışlarına, həm də hakimin qərar mexanizminə birbaşa təsir edəcək.

Məsələn, qapıçıların topa nəzarət müddəti ilə bağlı yeni limit tətbiq olunacaq. Belə ki, artıq qolkiperlər topu cərimə meydançasında əlləri ilə maksimum 8 saniyə saxlaya biləcəklər. Bu zamanın içərisinə topun havada saxlanması, yerə qoyulması və ya birəlli nəzarəti də daxildir. Qapıçının ayaqda və ya yerdə olmasının fərqi yoxdur - nəzarət anından etibarən sayım başlayacaq. Qayda ilk dəfə pozularsa, qarşı tərəfə künc zərbəsi veriləcək. İkinci dəfə eyni hal təkrarlanarsa, xəbərdarlıq ediləcək, üçüncü pozuntuda isə sarı vərəqə göstəriləcək. Zərbə, qapıçının hansı künc bayrağına yaxın olmasından asılı olaraq həmin tərəfdən yerinə yetiriləcək.

Penaltilərlə bağlı da diqqətçəkən yenilik var. Əgər zərbə vuran oyunçu qeyri-ixtiyari olaraq topa ardıcıl iki dəfə toxunarsa - məsələn, ayağı sürüşüb və topa nəzarətsiz ikinci toxunuş olarsa - bu zaman qol hesab olunmayacaq. Lakin əvvəlki kimi cərimə zərbəsi ilə yox, penalti təkrar olunmaqla oyun davam edəcək. Bu dəyişiklik təsadüfi səhvlərə daha ədalətli yanaşmanı təmin etməyə yönəlib.

Hakim qərarlarına etiraz qaydalarında isə tamamilə yeni yanaşma tətbiq ediləcək. Belə ki, artıq meydanda yalnız komanda kapitanı hakimlə fikir mübadiləsi apara biləcək. Xüsusən də VAR-dan istifadə olunduğu epizodlarda digər oyunçular hakimi mühasirəyə alaraq etiraz etsələr, dərhal intizam cəzası ilə qarşılaşacaqlar. Əgər kapitan qapıçıdırsa və meydanın o başında dayanırsa, bu zaman başqa bir oyunçu əvvəlcədən hakimə bildirilərək kapitan kimi çıxış edəcək.

Oyun dayandırıldıqda topun kimə verilməsi qaydası da dəyişib. Əvvəllər bu vəziyyət topa son toxunan komandaya əsasən müəyyən edilirdisə, yeni qaydaya görə hakim topun nəzarətdə olduğu komandanı müəyyənləşdirə bilirsə, onu həmin tərəfə yönəldəcək. Bu dəyişiklik, ədalətsiz görünən epizodların qarşısını almağa kömək edəcək.

Eyni şəkildə, texniki zonada baş verən təsadüfi topa toxunuşlar da fərqli qiymətləndiriləcək. Əgər ehtiyat oyunçu, əvəzlənmiş futbolçu və ya məşqçi meydanı tərk edən topa bilərəkdən yox, təsadüfən toxunarsa, artıq sarı vərəqə verilməyəcək və oyun dolayı cərimə zərbəsi ilə yox, sadəcə sərbəst şəkildə davam etdiriləcək.

Son olaraq, ofsayd qərarlarında da incəliklər artırılıb. Əgər qapıçı topu oyuna əli ilə qaytarırsa, bu zaman oyundankənar vəziyyəti müəyyənləşdirmək üçün topun qapıçının əlindən çıxdığı an - yəni son fiziki təmas nöqtəsi əsas götürüləcək. Bu dəyişiklik ofsaydların daha dəqiq və ədalətli müəyyən olunmasına xidmət edir.