Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Baş məşqçi instaqramda futbolçu axtarışı elanı ilə gündəm oldu - Foto

08 iyl 2025, 15:14
Baş məşqçi instaqramda futbolçu axtarışı elanı ilə gündəm oldu - Foto

İkinci liqada mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirovun instaqramda etdiyi paylaşım gündəm olub.

Liderxeber.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu elan verərək komandasına futbolçu axtardığını bildirib.

O, bunun üçün seçimlər edəcəyini də açıqlayıb: “Şəmkir” klubu 2025/2026 mövsümü üçün “Şəfa” stadionunda 3 günlük seçimlər keçirəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar.

Artıq çəkisi olan, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər”.

Vüqar Nadirov saytımıza açıqlamasında seçimlərdən yaxşı futbolçular çıxdığını bildirib: “Bəzən seçimlərdən keyfiyyətli futbolçular çıxır. Biz komandanın özəyini saxlamışıq, amma yeni oyunçulara ehtiyacımız var. Bunun üçün də seçimlər edəcəyik. Artıq büdcə bəllidir və işlərə başlamışıq”.