Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Dünya çempionatının final matçının topu qadın azarkeşdə - FOTO

08 iyn 2025, 21:03
Dünya çempionatının final matçının topu qadın azarkeşdə - FOTO

Bir neçə gün öncə Azərbaycan minifutbol yığması tarixi nailiyyətə imza ataraq Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Liderxeber.az xəbər verir ki, turnir boyunca azarkeşlər milli komandaya öz dəstəyini əsirgəmədilər. Həmin azarkeşlərdən biri də Bakı sakini Arzu Kərimovadır. Xanım azarkeş xüsusən də çempionatın final mərhələsində komandamızı Milli Gimnastika Arenasında övladları ilə birlikdə dəstəkləyib. Tarixi gündən xanım azarkeşin ailəsinə ən böyük hədiyyə matçda oynılan top olub. Arzu Kərimova Liderxeber.az-a açıqlamasında bunları deyib:

"Əslində həmin top bir nəfərə verilib. Sadəcə övladlarımın istəyilə topun sahibini tapdım. Ona da təşəkkürümü bildirirəm ki, xahişimi yerə salmayıb topu mənə verdi. Bunun üçün çox xoşbəxtik".

Qeyd edək ki, Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanla üz-üzə gəlib. 

Yığmamız rəqibini 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.