Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Qurban Qurbanovdan Bəhlula dəstək? - Foto

29 may 2025, 16:35
Qurban Qurbanovdan Bəhlula dəstək? - Foto

Bu gün Azərbaycan Kubokunun final görüşündən öncə keçirilən mətbuat konfransına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Bəhlul Mustafazadə ilə gəlib.

Liderxeber.az xəbər verir ki, təcrübəli mütəxəssisin bu addımı futbolçuya dəstək kimi şərh edilib. 

Buna səbəb isə “Qarabağ”ın Azərbaycan çempionuluğunu rəsmiləşdirdiyi “Sabah”la matçdan sonra baş verənlərdir. Həmin vaxt Qurban Qurbanov paltardəyişmə otağında bütün futbolçularla əl verib görüşmüşdü və onları təbrik etmişdi. Mütəxəssis yalnız Bəhlul Mustafazadə ilə görüşməmişdi ki, bu da tərəflər arasında soyuq münasibətlərin olduğuna dair xəbərlərə yol açmışdı. 

Lakin sonradan “Qarabağ” klubu açıqlama yayaraq baş məşqçi və futbolçu arasında hansısa problem olmadığını bildirmişdi. 

Bütün bunların fonunda Qurban Qurbanov Azərbaycan Premyer Liqasının son turunda “Şamaxı”ya qarşı matçda Mustafazadəni start heyətdə meydana buraxdı. 

Bu gün isə vacib kubok finalı öncəsi o, mətbuat konfransına məhz Bəhlulla birlikdə gəlib. Futbolçu həlledici matç öncəsi oyunla bağlı fikirlərini də bildirib. 
Bununla Q.Qurbanov futbolçu ilə arasında hansısa problemin olmadığına diqqət çəkir.