Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Acun Ilıcalı klubuna başçılıq etməsi üçün Arda Turanla danışıqlara başlayıb

15 may 2025, 09:48
Acun Ilıcalı klubuna başçılıq etməsi üçün Arda Turanla danışıqlara başlayıb

Türkiyəli biznesmen Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubu baş məşqçi Ruben Selleslə yolları ayırmaq və bu vəzifəyə Arda Turanı gətirmək istəyir.

Liderxeber.az xəbər verir ki, Ilıcalı ispaniyalı mütəxəssisin taleyi ilə bağlı yekun qərarı vermək üçün İstanbulda idman direktoru Cared Dublin, idarə heyətinin üzvü Mustafa Yokeş və transfer komitəsinin sədri Martin Hodc ilə görüşəcək.

"Hall Siti"nin vaxt itirmədən Sellesin gələcəyinə aydınlıq gətirəcəyi və transfer əməliyyatlarına başlayacağı bildirilir.

İngiltərə mətbuatı Acun Ilıcalının "Eyüpspor"un baş məşqçisi Arda Turanla əlaqə saxladığını, lakin razılaşmanın əldə olmadığını iddia edib.

Bu mövsüm "Hall Siti" İngiltərənin səviyyəcə ikinci liqası sayılan Çempionşipdə 24 komanda arasında 21 xal toplayaraq, yerini qoruyub.

Qeyd edək ki, Arda Turanın Ukraynanın "Şaxtyor Donetsk" klubu ilə anlaşdığı bildirilir. Ruben Selles isə daha əvvəl Azərbaycanda "Neftçi" və "Qarabağ" komandalarında köməkçi-məşqçi vəzifəsində işləyib.