Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Cüdoçularımız Düşənbə Böyük Dəbilqə turnirində iştirak edəcək

01 may 2025, 13:04
Cüdoçularımız Düşənbə Böyük Dəbilqə turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 2–4 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək. 

Liderxeber.az xəbər verir ki, Azərbaycan bu yarışda 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Milli komandamıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç rəhbərlik edəcək.

Turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 27 ölkədən 226 idmançı (123 kişi, 103 qadın) iştirak edəcək.

Kişilər

-60 kq
Balabəy Ağayev

-66 kq
Yaşar Nəcəfov

-73 kq
Vüsal Qələndərzadə

-81 kq
Süleyman Şükürov

-90 kq
Vüqar Talıbov
Elcan Hacıyev

+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov