Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Ombudsman problemlərlə üzləşən əcnəbi futbolçu ilə görüşdü

30 apr 2025, 11:00
Ombudsman problemlərlə üzləşən əcnəbi futbolçu ilə görüşdü

İrqçiliyə məruz qalması iddiası ilə FİFA və UEFA-ya şikayət edən Birinci liqada mübarizə aparan “Difai” klubunun kamerunlu hücumçusu Kristian Kamta İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına dəvət olunub.

Bu barədə Liderxeber.az-a aparatın mətbuat xidmətinin rəhbəri Araz Əsgərli məlumat verib. 

O bildirib ki, futbolçunun problemləri dinlənilib və araşdırmalara başlanılıb: “Futbolçunun müraciəti qeydə alınıb. Aidiyyəti tərəflərə də bununla bağlı tapşırıq verilib, rəsmi sorğular göndərilib. Futbolçuya da bundan sonra nə dəstək lazımdırsa, göstərilib və

Kristian Kamta özü də bu barədə açıqlama verib: “Onlar məndən izahat aldılar. Əminəm ki, bu problem qısa müddət ərzində öz müsbət həllini tapacaq”.

Qeyd edək ki, “Difai”nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.O, çıxış etdiyi  Liqada irqçiliyə məruz qaldığını bildirib. Futbolçu hakimlərin ayrıseçkilik hallarına yol verməsindən şikayətlənib.